Məzmuna keç

Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı ağacəkmə aksiyası keçirdi –

Martın 4-də Bakı şəhərinin Qaradağ rayonu ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, aksiya Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən keçirilib.

Məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.