Məzmuna keç

“Azəri Steel-2009” məhkəməyə verildi

“Azəri Steel-2009” MMC məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "Ramco" QSC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək şirkətə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə