Məzmuna keç

Siqaretin içərisində narkotik vasitə keçirmək istəyən şəxs saxlanıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub.

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən məlumata görə, daha sonra vətəndaşa məxsus siqaret qutularına baxış keçirilib. Baxış zamanı "Rothmans" markalı siqaret qutusunun içərisində olan siqaretlərdən birində çəkisi 2 qram təşkil edən narkotik vasitə – həşiş, "Winston" markalı siqaret qutusunda olan 4 ədəd siqaret dənələrinin içərisində isə çəkisi 3 qram təşkil edən narkotik vasitə – həşiş və çəkisi 7 qram təşkil edən narkotik vasitə – tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.