Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən taksi sürücüsünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəfail Qəhrəmanovun cinayət işi üzrə ibtidi istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vactı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini R.Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar -1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub. Hər iki piyada xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. N.Hümbətov orada ölüb. R.Qəhrəmanov barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə