Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.
E-huquq.az xəbər verir ki, gün ərzində törədilən 15 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
