Məzmuna keç

BDU-nun yataqxanasında ölən tələbənin adı açıqlandı – YENİLƏNDİ

BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib, onlardan biri ölüb

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, o, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin də kimliyi müəyyənləşib.

Bunlar Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

***

14:06

Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyindən e-huquq.az-a bildirilib ki, hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil olub:

"Həkimlər Mətbuat küçüəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar".

Hazırda 20-22 yaş arası olan qızların vəziyyətinin kritik olduğu qeyd edilir. Müalicələri davam edir.