Məzmuna keç

Prokurorluq Bakıda məktəbdə zəhərlənmə ilə bağlı araşdırma aparır

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.