"Mingəçevir Nərgiz Klinikası" məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi klinikaya qarşı vergi məsələləri üzrə tələb irəli sürüb.
İddia Şəki İnzibati Məhkəməsində hakim Vüqar Musayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Lalə Salmanova
