Məzmuna keç

Ali Məhkəmənin Aparat rəhbəri Oğuzda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri Elvin Hətəmzadə aprelin 20-də saat 10:00-da Oğuz Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Oğuz şəhəri, Heydər Əliyev prospekti 1) Oğuz və Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək.

E-huquq.az xəbər verir ki, vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-82 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbula qeydiyyat 2023-cü il aprelin 19-da saat 18:00-da başa çatır.