Məzmuna keç

Gömrük Komitəsi “Retro Holding”ə cərimə yazdı

“Retro Holding” MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Xəzər Rayon Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Retro Holding” min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə