"Su İnşaat" şirkətinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qutum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Rzayevin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Su İnşaat" min beş yüz manat məbləğində cərimə ediləcək.
Məhkəmənin baxış iclası mayın 1-nə təyin olunub.
Şəbnəm Mehdizadə
