"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, BOKT Bakı Kommersiya Məhkəməsinə müraciət edərək daşınmaz əmlak üzrə tələb irəli sürüb.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
