Məzmuna keç

“Norm” şirkəti məhkəməlik oldu

“Norm” ASC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Norm” ASC üç yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə