Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsrəfil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xocasən qəsəbəsində qeydə alınıb. Belə ki, İ.Mustafayev idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçən 1971-ci il təvəllüdlü Firəngül Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə