"Hidro İnşaat Servis" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü (Üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması) maddəsi ilə protokol tərtib olunub. İşə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Hidro inşaat servis" MMC inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə ediləcək.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
