Bakıda dəm qazından zəhərlənən tələbələr evə buraxılıblar.
Bu barədə e-huquq.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ehtimalı ilə gətirilən Xəzər Universitetinin 6 tələbəsinə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
***
09:18
Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.
Səhiyyə Nazirliyindən E-huquq.az-a verilən məlumata görə, hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
