"Azroşen" şirkəti "OBA Market"i məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
