Məzmuna keç

“Effekt-İnşaat” 25 min manatadək cərimə edilə bilər

"Effekt-İnşaat" Mənzil-Tikinti Kooperativinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MTK barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Effekt-İnşaat" iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə