Məzmuna keç

“Avromed Company” gömrük qaydalarını pozduğuna görə məhkəməlik oldu

Gömrük Komitəsi "Avromed Company" QSC-yə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşəNəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Avromed Company" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə