Məzmuna keç

“Azsığorta” “Azəristiliktəchizat”ı məhkəmə verdi

"Azsığorta" ASC Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və "Azəristiliktəchizat" ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, "Azsığorta" Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddia qaldırıb. İşin mahiyyəti açıqlanmayıb.

İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə