Məzmuna keç

Ağcabədidə tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatdı

Ağcabədidə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Sadiq Rüstəmov aralarında yaranmış mübahisə zəminində 1993-cü il təvəllüdlü Nemət Süleymanovu bıçaqlamaqda təsqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə