Məzmuna keç

“Azər-Türk Bank” iki şirkəti məhkəməyə verdi

"Azər-Türk Bank" ASC iki şirkətlə bağlı məhkəməyə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsinə müraciət edən bank "SimToday" və "Ulduz taksi" şirkətlərinə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə