Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Röyal Baloğlanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Rzayevin sədrliyi ilə keçiriləcək məhkməənin hazırlıq iclası mayın 19-na təyin olunub.
Qeyd edək ki hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Baloğlanov Röyal Firudin oğlu idarə etdiyi “Mercedes C-class” markalı avtomobillə Məhəmmədi dairəsi istiqamətində hərəkəndə olarkən, əks istiqamətdə hərəkət olan 1975-ci il təvəllüdlü Məmmədov Mahir Mirayıl oğlunun idarə etdiyi “Fiat Doblo” avtomobili ilə toqquşub. Nəticədə Mahir Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. R.Baloğlanova qarşı Cinayət Məcəlləsinin 263.20-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
