Məzmuna keç

Quba və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım göstəriləcək

Quba və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım göstəriləcək

Quba və ətraf rayondan olan vətəndaşlara pulsuz huquqi yardım göstəriləcək.

Vəkillər Kollegiyasında e-huquq.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 30 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 8 saylı və 10 saylı Vəkil Büroları tərəfindən Quba rayonunda yerləşən Heydər Əliyev Mərkəzində saat 10:00-13:00-da Quba və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcəkdir.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.