Məzmuna keç

Avropada bomba təhdidi alan sərnişin təyyarələrinin sayı 21-ə çatıb

Avropanın bir sıra ölkələrində sərnişin təyyarələrinə qarşı bomba təhdidləri qeydə alınıb. İtaliya, Fransa, Belçika, Çexiya və Bolqarıstanın da daxil olduğu ölkələrdə ümumilikdə 21 təyyarə təhdidlərin hədəfinə çevrilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid-Baraxas Beynəlxalq Hava Limanının rəsmiləri üç uçuşla bağlı bomba təhdidi aldıqlarını açıqlayıblar. İspaniyanın “Iberia” aviaşirkətinin Milan-Madrid və Roma-Madrid reysləri də təhdidlərdən təsirlənib.

“Air Serbia” Belqrad-Buxarest uçuşu ilə bağlı bomba təhdidi aldığını bildirib. Təyyarə təhlükəsiz şəkildə enib.

Bundan başqa, 2Finnair”, “Aegean Airlines”, “Ryanair”, “Wizz Air”, “Aer Lingus” və Polşanın “LOT” aviaşirkətlərinin bir sıra Avropa istiqamətləri üzrə uçuşlarına da bomba təhdidləri göndərilib.

Roma hava limanlarının rəsmilərinin məlumatına görə, paytaxta gələn iki təyyarə ilə bağlı təhdidlər elektron poçt vasitəsilə göndərilib. Özünü “Kişilər Dövlətinin Döyüşçüləri” adlandıran qrup hadisələrə görə məsuliyyəti üzərinə götürüb.

Aparılan yoxlamalar nəticəsində təhdid edilən təyyarələrin heç birində partlayıcı maddə və ya qurğu aşkar edilməyib.

Şəbnəm Mehdizadə