Məzmuna keç

Bakıda piyadanı vuran sürücünün ibtidai istintaqı başa çatdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əli Xaniyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Ə.Xaniyevin idarə etdiyi avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Hasilov Kamran Eldəniz oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Ə.Xaniyev qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə