Mayın 5-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ilə Sumqayıt İnzibati Məhkəməsinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
E-huquq.az xəbər verir ki, daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, Azərbaycançılıq ideologiyası, Azərbaycan mədəniyyətinin, tarixinin və digər milli-mənəvi sərvətlərini təbliğ edən sənəd və eksponatlarla tanış olub, Heydər Əliyevin həyatını və zəngin xidmətlərini əks etdirən fotoşəkillər və videomaterialları izləyiblər.
