Məzmuna keç

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gəmi təmiri şirkətini məhkəməyə verdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “SAQA Gəmi Təmiri” şirkətini məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürülüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə