Məzmuna keç

Nərimanov Rayon Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib –

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

E-huquq.az xəbər verir ki, burada hakimlərə Mərkəz barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Məhkəmənin kollektivi Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.