Məzmuna keç

Ədliyyə Nazirliyi məhkəmələr üçün qoşulma və internet xidmətinin göstərilməsinə 305 min manat xərcləyəcək

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "AzStateNet" şəbəkəsi üzərindən Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələr üçün qoşulma və internet xidmətinin göstərilməsi ilə bağlı elan etdiyi tender yekunlaşıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olub.

Məlumata görə, qalibə 304.440 manat vəsait ödƏniləcək.

Şəbnəm Mehdizadə