Məzmuna keç

Gömrük Komitəsi “Yol Tikintiservis” şirkətini cərimələdi

Dövlət Gömrük Komitəsi "Yol Tikintiservis" şirkətinə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa,"Yol Tikintiservis" min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Şəbnəm Mehdizadə