Məzmuna keç

Tərtərdə piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arzuman Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası mayın 22-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 18-də Kəbirli kəndində baş verib. Kənd sakini 30 yaşlı Tağızadə Arzuman Əhliman oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən həmkəndlisi, 32 yaşlı Kərimova Aynur Murad qızını vurub. Nəticədə yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb mərkəzinə yerləşdirilib. A.Kərimova bu il yanvarın 13-də müalicə olunduğu tibb mərkəzində ölüb. A.Tağızadəyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə