Məzmuna keç

Cəlilabadda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Cəlilabadda tanışını bıçaqlamaqda təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 22-nə təyin olunub.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Ə.Quliyev Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirib. Ə.Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə