Futzal üzrə Azərbaycan kuboku yarışlarının mövsümünə yekun vurulub.
E-huquq.az xəbər verir ki, qalib adı uğrunda EKOL və “Advokat” komandaları qarşılaşıb. Oyunda 7:3 hesabı ilə EKOL komandası qalib gəlib. “Advokat” komandası isə Azərbaycan ikincisi olaraq, gümüş medal qazanıb.
Komandaya dəstək olmaq üçün Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Pərviz Ələkbərov və İntizam Komissiyasının sədri Şahmar Məmmədov da Bakı İdman Sarayına gələrək, yarışı izləyiblər.
