"İnşaat Təmir” MMC cərimələnib.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Göyçay Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət iyirmi min manatdan iyirmi beş min manatadək cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
