Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı filialı məhkəməyə müraciət etdi

"Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Layt Kom” MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkətə qarşı icarə müqaviləsi üzrə tələb irəli sürülüb.

İddia Gəncə Kommersiya Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə