Bakıda ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq etməkdə təqsirləndirilən Əli İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, metropolitendə Polis İdarəsinə ayrı-ayrı vaxtlarda qatarda 2 sərnişinin mobil telefonlarının cibgirlik yolu ilə talanması barədə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Əli İsayev müəyyən olunaraq saxlanılıb. Ona qarşı cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
