Məzmuna keç

Göygöldə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bayram Salmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.

İş hakim Əyyub Kərimovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 16-na təyin olunub.

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun 354-cü kilometrliyində baş verib. 60 yaşlı Şəmkir sakini Tağıyev Aqil Aslan oğlu idarə etdiyi "KaMAZ" markalı avtomobil Göygöl rayon sakini Salmanov Bayram Oruc oğlunun idarə etdiyi "Opel Vectra" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınının sərnişini 8 yaşlı Salmanova Ləman Bayram qızı yerindəcə ölüb. Həmin avtomobildə olan 53 yaşlı Məhərrəməvoa Tamaşa Məhər qızı, 32 yaşlı Salmanova Səmiyyə Cəmil qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəzanı törətməkdə təqsirli bilinən B.Salmanova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə