Məzmuna keç

Bakıda evlərdən oğurluq edən qardaşların məhkəməsi başlayır

Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirlən Yunsur Rəhimov, Ələsgər Rəhimov və Elmin Manafovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Zaur Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Binə qəsəbəsində yaşayan Yunsur və Ələsgər Rəhimov qardaşları, eləcə də qohumları Elmin Manafov adıçəkilən qəsəbə ərazisində yerləşən 10-dan çox evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər. Onlar oğurladıqları əşyaları Sabunçu qəsəbəsində yerləşən ticarət mərkəzlərinin birində satıblar. Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb. İş üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Şəbnəm Mehdizadə