Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı filialına cərimə yazıldı

"Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə