Gömrük Komitəsi "ATEF Şirkətlər Qrupu"na cərimə protokolu yazıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, “ATEF Şirkətlər Qrupu” üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
