“Oba Market” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1 (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
