İqtisadiyyat Nazirliyi YanInda Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "Azmet-61" MMC Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək quruma qarşı vergi məsələləri üzrə tələb irəli sürüb.
İddia hakim Vəfa Əzizovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
