Məzmuna keç

Bərdədə hamilə qadını qətlə yetirməkdə ittiham olunan şəxsin ibtidai istintaqı başa çatdı

Bərdədə qətl törətməkdə təqsirləndirilən Şirxan İmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

1984-cü il təvəllüdlü Şirxan İmanov Bərdə rayonunda yerləşən kafelərdən birində rayon sakini, qeyri-rəsmi münasibətdə yaşadığı 1987-ci il təvəllüdlü Günay Ələkbərovanı bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, G.Ələkbərovanın 8 aylıq hamilə olduğu məlum olub.

Şəbnəm Mehdizadə