"Tikinti-İnşaat" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, MTK barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Tikinti-İnşaat" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
