Məzmuna keç

İctimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxslərin məhkəməsi başlayır

Bakıda ictimai nəqliyyatda oğurluq etməkdə təqsirləndirilən Rüfət Əliyev və Rəşid Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nigar Qədirlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qey dedək ki, R.Əliyev və R.Ağayev marşrut avtobuslarında sərnişinlərin içərisində pul, bank kartları və sənəd olan cüzdanlarını oğurlamaq ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Şəbnəm Mehdizadə