Məzmuna keç

“Best-Tarım” şirkətinə cərimə yazıldı

"Best-Tarım" Qapalı Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, QSC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Məmmədovun icraatına verilib.

Protokol təsdiq olunsa, "Best-Tarım" min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə