Məzmuna keç

İstanbul NS Klinikası 8 min manatadək cərimə oluna bilər

"İstanbul NS Klinikası" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "İstanbul NS Klinikası" altı min manatdan səkkiz min manatadək məbləğdə məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə