Məzmuna keç

Taksi sürücüsünə qarşı cibgirlik etməkdə ittiham olunan qadın hakim qarşısına çıxarılır

Taksi sürücüsünə qarşı cibgirlik etməkdə təqsirləndirilən Arifə Zülfüqarovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.

İş hakim Fuad Babaşovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər də cibgirliklə məşğul olduğu üçün məhkum olunmuş qadın sərnişin qismində taksiyə əyləşərək sürücüdən onu Bərdə rayonuna aparmasını istəyib. Onlar birlikdə hərəkətdə olarkən A.Zülfüqarova sürücünün cibində olan 945 manat pulu gizlicə götürüb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə