Məzmuna keç

Goranboyda mal-qara oğurlamaqda təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır

Goranboyda mal-qara oğurlamaqda təqsirləndirilən Arzu Məhərrəmov və İlkin Abışovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 22-də keçiriləcək.

İttihama görə, Kəlbəcər rayon sakini Arzu Məhərrəmov Xocalı rayon sakini İlkin Abışov ilə birlikdə ümumilikdə 18 şəxsə məxsus 15 baş mal-qaranı və 22 rəst atı müxtəlif vaxtlarda kənd ərazisindən oğurlayaraq respublikanın digər rayonlarına apararaq satıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 10 vətəndaşa dəymiş ziyan ödətdirilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ibtidai istintaq başa çatıb.

Şəbnəm Mehdizadə